"Niyə müasir Rusiya artıq Puşkin, Axmatova, Dostoyevski kimi dahilər dünyaya gətirmir? Niyə Kreml hərbi genişlənmə ilə məhdudlaşır, ancaq mədəniyyəti inkişaf etdirmir?". Axar.az xəbər verir ki, bu barədə rusiyalı məşhur tarixçi, müxalif siyasətçi Andrey Zubov danışıb.
“Çünki bu, Rusiya deyil. Genişlənməni faktiki olaraq Sovet İttifaqı aparır. O yoxdur, 1991-ci ildə sona çatıb, əslində isə başa çatmayıb. Putinin “biz onun böyük bir hissəsini Rusiya Federasiyası adı altında saxlamışıq” deməsi isə təsadüf deyil. Rusiya Federasiyası adı altında Sovet İttifaqının kiçik bir parçası var. Həqiqi Rusiya yoxdur. Ona görə də sovet ekspansiyası aparılır. Rusiya hələlik mədəniyyət fenomeninə çevrilməyib, çünki hələ doğulmayıb. Təəssüf ki, Rusiya indi də KQB ölkəsidir”, - Zubov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB