Koreya Respublikasının Prezidenti Mun Ce-in və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında ticarət, təhsil, texnologiya, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Xəbər verilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Koreya Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.
Türkiyə dövlətinin başçısı ölkəsinin Koreya yarımadasının nüvə silahsızlaşdırılması və daimi sülhün yaradılmasını dəstəklədiyini bəyan edib.
Dövlət başçılarının görüşündən sonra iki ölkə arasında müxtəlif sahələrə dair sənədlərin imzalanması mərasimi olub.
Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Koreya Milli Assambleyasının sədri ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB