Mərakeş İran ilə diplomatik əlaqələrini kəsmək niyyətindədir. “Reuters” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərakeşin xarici işlər naziri Haser Baurita bəyanatla çıxış edib.
Nazir bildirib ki, İran Mərakeşin ərazi bütövlüyünə qarşı çıxır və Qərbi Saxaranın müstəqilliyini dəstəkləyərək separatçılara yardım edir.
Xatırladaq ki, 2009-cu ildə Mərakeş İran ilə diplomatik əlaqələri kəsmişdi. Lakin qarşılıqlı anlaşma nəticəsində 2014-cü ilə diplomatik əlaqələr bərpa edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB