Parisdə iğtişaşlar başlayıb 102 nəfər həbs olunub

Parisdə iğtişaşlar başlayıb 102 nəfər həbs olunub

Parisdə “1 may” nümayişinin ardından başlayan iğtişaşlar nəticəsində 276 nəfər saxlanılıb. Onlardan 102-si həbs olunub. Interfax informasiya agentliyinə istinadla SİA xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Parisdən keçirilən nümayiş zamanı Austerlits körpüsü rayonunda həmkarlar ittifaqının üzvlərinə 1,2 min nəfərdən ibarət qrup yaxınlaşıb. Qara paltar geyinmiş qrup üzvləri hökumət əleyhinə plakatlar, sovet bayraqları qaldırıb və antifaşist şüarlar səsləndiriblər. Onlar mağaza vitrinlərini sındırmağa və küçədəki avtomobilləri yandırmağa başlayıblar. Polis zorakılıq aktına gözyaşardıcı qazla cavab verib. Bundan sonra radikal qrupla polis arasında toqquşmalar olub. Qarşıdurma zamanı 4 nəfər yaralanıb, onlardan biri polis əməkdaşıdır.

İnsident nəticəsində 31 mağazanın vitrini qırılıb, iki mağaza və 6 avtomobil yandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə