Ötən gün San-Pauluda hündürmərtəbəli binanın yanaraq çökməsi nəticəsində 40 nəfərdən çoxunun itkin düşdüyü bildirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda xilasedicilər orada yaşayan insanların xilas edilməsi ilə bağlı fəaliyyətlərini davam etdirirlər.
Məlumat üçün nəzərinizə çatdıraq ki, sözügedən anğın ötən gün baş verib, yanğın başladıqdan bir müddət sonra bina çöküb. Yanğın qonşu binalara yayılsa da onu söndürmək mümkün olub.
İlkin məlumata görə, yanğına səbəb binada yaşayan cütlük arasında mübahisə olub. Belə ki, yanacaqdan istifadə edən qadın həyat yoldaşını itələyərkən ocağa spirt tökülüb və nəticədə hər ikisinin paltarları yanıb. Günahkarların hər ikisi xilas edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB