Çin və İngiltərə arasında gərginlik

Çin və İngiltərə arasında gərginlik

Çində rəsmi səfərdə olan İngiltərənin baş naziri David Kameron və rəhbərlik etdiyi nümayəndə heyətinin yaxalarına taxdığı gəlincik çiçəyi Çin səlahiyyətlilərini narahat edib. SİA-nın məlumatına görə, "Qardian" qəzeti ingilis diplomatik mənbələrinə istinad edərək çinli səlahiyyətlilərin qonaqlara, "tiryək müharibələrini xatırladan gəlincik çiçəyini taxmayın" dediyini yazıb. İngilis səlahiyyətlilər isə "gəlinciklərin özləri üçün çox böyük əhəmiyyətə sahibdir" cavabını verib.

 

İngiltərədə 11 Noyabr "Şəhidləri anım günü" münasibətilə müharibələrdə axıdılan qanın rəmzi olaraq gəlincik çiçəyi yaxalara taxılır. Noyabrın 2-də yaxalara taxılan gəlincik çiçəkləri 11 Noyabrdakı anım mərasimlərinə kimi çıxarılmır. Bu zaman 1918-ci ilin 11-ci ayın 11-ci günündə saat 11-də imzalanan razılaşma ilə I Dünya Müharibəsinin rəsmi olaraq qurtardığı xatırladılır.

 

Əslində gəlincik çiçəkləri Çin ilə Britaniya imperatorluğu arasında baş verən tiryək müharibələrini xatırladır. Çin ilə Britanya İmperatorluğu arasında birincisi 1839-cu ildə, ikincisi 1856-cı ildə olan tiryək müharibələrini Britanya qazanıb. Çində məktəb dərsliklərində bu müharibələr keçən 150 illik tarixin ən "utancverici" hissəsi olaraq yada salınır.

Bütün xəbərlər Facebook səhifəmizdə