Keniyada daşqınlar 70 nəfərin ölümünə səbəb olub

Keniyada daşqınlar 70 nəfərin ölümünə səbəb olub

Keniyada bir ay bundan öncədən başlanan daşqın nəticəsində 70 nəfər ölüb, 40 min ailə hələ də öz evinə qayıda bilmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, davamlı yağışların davam etdiyi şəraitdə daşqın suları ölkə daxilində minlərlə insana təhlükə yaradır.

Riskli sahələrdə ailələrin təxliyə edilməsi ilə bağlı işlər davam etməkdədir.

Martın sonlarından başlayan daşqın nəticəsində 70 nəfərdən çox insan ölüb, 211 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Bir çox evlər, təsərrüfat, yol və digər infrastrukturlar su altından qalıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə