Avstriyada təyyarə qəzaya uğrayıb

Avstriyada təyyarə qəzaya uğrayıb

Bazar günü, aprelin 29-da Avstriyada təyyarə qəzaya uğrayıb və nəticədə 2 nəfər dünyasını dəyişib.

SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, faciəvi hadisə İnsbruk şəhərindəki hava limanının yaxınlığında baş verib.

Qeyd edək ki, həlak olan şəxslər İsveçrə vətəndaşı olublar.

Qəzanın səbəbləri hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə