Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında 2 terror aktı baş verib. Hadisə zamanı France-Presse informasiya agentliyinin fotoqrafı da dünyasını dəyişib.
SİA-nın Rossiya 24 telekanalına istinadən verdiyi xəbərə görə, ümumilikdə 25 nəfər həyatını itirib, 45 nəfər isə ağır xəsarət alıb. Onların arasında “TOLOnews”, “Al Jazeera” və digər telekanalların jurnalistləri də olub.
Qeyd edək ki, hər iki partlayışı kamikadze terroristlər edib, hətta onlardan biri xarici dövlət nümayəndələrinin və Əfqanıstan Kəşfiyyat Agentliyinin yerləşdiyi binanın qarşısında özünü partladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB