ABŞ ordusu Əsədin 20 əsgərini öldürüb

ABŞ ordusu Əsədin 20 əsgərini öldürüb

Əsəd rejimi Suriyanın şimalında və Fəratın şərqində YPG terror qruplaşmasının nəzarətində olan bəzi bölgələri ələ keçirib. Axar.az xəbər verir ki, rejimin ələ keçirdiyi bölgənin Fəratın şərqində İraq sərhədinə yaxın olan bir neçə kənd olduğu bildirilir.

***

Anadolu Agentliyi PKK/YPG-nin Əsəd qüvvələrinə qarşı şiddətli hücum təşkil etdiyi barədə xəbər yayıb. Bildirilir ki, rejimin ələ keçirdiyi kəndləri geri almaq üçün edilən hücuma ABŞ ordusu havadan dəstək verib. ABŞ qırıcıları və "Apaçi" helikopterləri Əsəd qüvvələrinə ağır aviazərbə endirib. Nəticədə Suriya ordusunun 20 əsgəri ölüb.

Fəratın şərqindəki, Deyr əz-Zorun qərbindəki iki kənd yenidən YPG-nin nəzarətinə keçib. Döyüşdə 5 YPG terrorçusu ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə