Boliviyanın keçmiş diktatoru 88 yaşında ölüb

Boliviyanın keçmiş diktatoru 88 yaşında ölüb

Boliviyanın keçmiş diktatoru, hərbi xunta rejiminin qurucusu kimi xatırlanan Luis Qarsiya Mesa La-Pasa hospitalında 88 yaşında ölüb. Axar.az xəbər verir ki, L.Q.Qarsiya dünən kritik durumda Kosmill hospitalına yerləşdirilmişdi. Həkimlərin sözlərinə görə, 4-cü dəfə infarkt olan eks-diktatorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1980-ci ildə Boliviyada hakimiyyətə gələn Luis Qarsiya 13 ay ərzində ölkəsində hərbi diktaturanı bərqərar etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə