Əfqanıstanda partlayış olub

Əfqanıstanın Cəlalabad şəhərində bombanın partlaması nəticəsində 6 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin 6-cı polis bölməsindəki seçicilərin qeydiyyat mərkəzi yaxınlığında qeydə alınıb.

Hadisənin baş verdiyi yerə yaxın ərazidə məscid də yerləşir. Partlayıcı maddə "Zarang" markalı motosikletdə tapılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə