Lavrov açıqladı: "Bu məsələdə Türkiyə ilə razılaşdıq"

Lavrov açıqladı: "Bu məsələdə Türkiyə ilə razılaşdıq"

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla fransalı həmkarı Jan İv Le Drian arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə məluamatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Lavrov Moskvada Suriya münaqişəsinin nizamlanması ilə bağlı Türkiyə-İran-Rusiya XİN başçıları arasında keçirilən görüş barədə fransalı həmkarına məlumat verib. “Nazirlər Suriya ilə bağlı danışıqları davam etdirməyə razılaşdılar", - Lavrov deyib.

Qeyd edək ki, ötən gün Moskvada Suriya münaqişəsinin nizamlanması ilə bağlı Rusiya-Türkiyə-İran XİN başçılarının görüşü baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə