ABŞ Konqresi Trampın Rusiya ilə sövdələşməsini sübut edə bilmədi

ABŞ Konqresi Trampın Rusiya ilə sövdələşməsini sübut edə bilmədi

ABŞ Konqresi Nümayəndələr Palatasının kəşfiyyat üzrə Komitəsi prezident Donald Trampın Rusiya ilə sövdələşməsinin sübutunu tapmayıb. Bu barədə “Reuters” agentliyi xəbər verib. Eyni zamanda sənəddə Rusiya on illərlə Qərbə qarşı təcavüzkar informasiya müharibəsi aparan ölkə kimi təqdim edilib. ABŞ Demokrat Partiyası komitənin rəyini mənfi qarşılayıb.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə