Suriyanın paytaxtı Dəməşqdə güclü leysan yağışları yağıb. Şəhər belə güclü yağışa hazır olmadığı üçün su altında qalıb. SİA-nın xəbərinə görə, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb. Belə ki, bir çox bölgələrdə güclü sel və palçıq yaranıb. Hətta sel o qədər güclü olub ki, özü ilə insanları, heyvanları və avtomobilləri aparıb.
Qeyd edək ki, itkin düşən və xəsarət alanlar haqqında hələ ki, heç bir məlumat yoxdur. İnsanlar havanın tezliklə düzələcəyinə ümid edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB