ABŞ-ın keçmiş prezidenti ata Corc Buş Texas ştatının Hyuston şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
SİA-nın Vesti.Ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Buş ailəsinin rəsmi təmsilçisi Cim Mak Qrat bazar ertəsi öz rəsmi Twitter səhifəsində məlumat verib. O, yazıb ki, eks-prezident Buş qanına infeksiya keçdiyi üçün dünən səhər Hyuston şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Onun səhhəti müalicələrə müsbət cavab verir və sağalmağa doğru gedir.
Qeyd edək ki, aprelin 17-də ata Corc Buşun xanımı Barbara 92 yaşında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB