Əfqanıstanın Cəlalabad şəhərində güclü partlayış baş verib. Trend-in məlumatına görə, partlayış sərnişinləri daşıyan furqonun minaya düşməsi nəticəsində baş verib. Məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
Sərnişinlərin əksəriyyəti qadın və uşaqlar olub. Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB