Barak Obama: "Kəşmir mövzusunda nə Hindistana, nə də Pakistana təzyiq göstərə bilmərik" - MÖVQE

Barak Obama: "Kəşmir mövzusunda nə Hindistana, nə də Pakistana təzyiq göstərə bilmərik" - MÖVQE

ABŞ prezidenti Barak Obama Hindistanda rəsmi təmaslarını davam etdirir. SİA-nın məlumatına görə, Obama Kəşmir işğalına təzyiq göstərməyəcəyini söyləyib. Dövlət başçısı Barak Obama Hindistanın baş naziri Manmohan Singh ilə görüşdükdən sonra mətbuat konfransı keçirib.

Kəşmir mövzusu ilə əlaqədar danışan prezident bu məsələyə qarışmayacağını bildirib: "Kəşmir mövzusu artıq uzun illərdir ki, Hindistanla Pakistan arasında həll oluna bilmir. Lakin bu məsələni iki ölkə öz aralarında həll etməlidirlər. Biz bu barədə nə Hindistana, nə də Pakistana təzyiq göstərə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə