Seçki Komissiyasının 3 üzvü oğurlanıb

Seçki Komissiyasının 3 üzvü oğurlanıb

"Taliban" radikal qruplaşması Əfqanıstanda Seçki Komissiyasının 3 üzvünü oğurlayıb. SİA-nın verdiyi məlumata görə, insident Qur vilayətində baş verib.

Məlumata görə, Seçki Komissiyasının üzvləri ilə bərabər 2 polis əməkdaşı da girov götürülüb.

Qeyd edək ki, Əfqanıstanda parlament və mahal şuralarına seçkilər oktyabrda keçiriləcək. "Taliban"a seçkilərdə iştirak etmək təklif olunsa da, onlar razılaşmayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə