Ermənistan ordusunun polkovniki rüşvətə görə həbs olundu!

Ermənistan ordusunun polkovniki rüşvətə görə həbs olundu!

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı həbs olunub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, adı açıqlanmayan zabit polisin Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumatlara görə, o, 2017-ci ildən bəri gənc əsgərlərin ilkin hərbi hazırlığı arzuolunan hərbi hissələrdə keçməsi üçün onların valideynlərindən külli miqdarda rüşvət alıb. Polkovnik-leytenantın artıq müstəntiqlərə ifadə verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə