Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb

Səudiyyə Ərəbistanı Suriyaya qarşı hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb

Səudiyyə Ərəbistanı ABŞ, Britaniya və Fransa tərəfindən Suriyaya qarşı təşkil olunan hərbi əməliyyata tam dəstək verdiyini açıqlayıb. Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada Əsəd rejiminə aid qüvvələrin neçə ildən bəri Suriya xalqına qarşı amansız qətliamlar törətdiyi və sözügedən hücumun bu zülmlərə qarşı olduğu vurğulanıb. Suriyada hərbi əməliyyatların keçirilməsinə Əsəd rejiminin səbəb olduğu da qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə