Misirdə hərbçilərə hücum edilib

Misirdə hərbçilərə hücum edilib

Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib. Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərbçi həlak olub. Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə