"Kimyəvi silah istifadəsi, günahsız insanların, uşaqların qətl edilməsi əsla əfv ediləcək bir cinayət deyil". Bunu Türkiyənin Baş nazir Binəli Yıldırım jurnalistlərin suallarını cavablandırarkən deyib.
B.Yıldırım bu cinayəti alçaqlıq adlandırıb: "Biz bunu şiddətlə, nifrətlə qınayırıq. Bunu edənlər də mütləq əvəzini ödəməlidirlər. Ancaq bütün bunları edərkən bölgədə bu günə qədər Türkiyə, Rusiya və İranın davamlı sülhə istiqamətli fəaliyyətləri zərər görəcəkdir. Ona görə də sülhə ziyan vuracaq işlərdən uzaq durmaq lazımdır. Türkiyə olaraq bizim insanlara, müttəfiqlərimizə tövsiyyəmiz budur. Biz hər kəsə lazımlı xəbərdarlıqları edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB