27 terrorçu zərərsizləşdirilib

27 terrorçu zərərsizləşdirilib

Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib. SİA-nın verdiyi məlumata görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb. Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə