Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub

Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ olub

Aprelin 14-də səhər saatlarında Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında 5,4 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya Agentliyi xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 4 radələrində qeydə alınıb. Zəlzələnin ocağı Nemuro yarımadasının yaxınlığında, 53 kilometr dərinlikdə yerləşib.

Hokkaydo adasında yerləşən Nakaşibetsu şəhərində zəlzələnin gücü 7 ballıq Yaponiya seysmik intensivlik cədvəlinə görə 5 bal, Nemuro şəhərində isə 4 bal gücündə hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə