Tramp Suriyaya qarşı hərbi əməliyyatdan danışıb

Tramp Suriyaya qarşı hərbi əməliyyatdan danışıb

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Ağ Evdə çıxış edən Tramp, hava zərbələrinin Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirildiyini bildirib: “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə