ABŞ: "Bu hücumu Bəşər Əsədin etdiyinə son dərəcə əminik"

ABŞ: "Bu hücumu Bəşər Əsədin etdiyinə son dərəcə əminik"

Suriyanın Duma rayonunda həyata keçirilən kimyəvi silah hücumunu Bəşər Əsədin etdiyinə son dərəcə əminik. Axar.az xəbər verir ki, bu barədə Ağ Evdən verilən açıqlamada bildirilib.

Ağ Ev Rusiyanın iddia etdiyi kimi olayın arxasında İngiltərənin olmadığını bəyan edib və sözügedən məsələ ilə bağlı kifayət qədər sübutların olduğunu qeyd edib.

ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert də açıqlamasında kimyəvi silah hücumunun arxasında Əsədin dayandığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə