ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Uinston Çörçill” esminesi Suriya sahillərinə doğru yola çıxıb. Bu barədə ABŞ hərbi qüvvələri məlumat yayıb.
“Uinston Çörçill” esminesi ABŞ-ın dənizdə təhlükəsizliyinin təmin edilməsi, regional sabitliyin artırılması və mövcud əməliyyatları dəstəkləmək üçün 10 aprel 2018-ci il tarixində 6-cı zonaya daxil olub”, - deyə məlumatda bildirilib. 6-cı zona Aralıq dənizinə daxildir. Ehtimal edilir ki, gəminin göyərtəsində 90 “Tomahavk” raketi var.
Qeyd edək ki, bundan öncə Vircina limanından “Harri Trumen”in rəhbərliyi altında Aralıq dənizinə zərbə dəstəsi istiqamət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB