Çin ilə Fransa arasında 14 milyard dollarlıq razılaşmalar

Çin ilə Fransa arasında 14 milyard dollarlıq razılaşmalar

Çin Xalq Respublikasının sədri Hu Szintaoya Fransa səfərində bu ölkə ilə 14 milyard dollarlıq ticarət razılaşmaları imzalayıb. SİA-nın məlumatına görə, Fransa prezidenti Nikola Sarkozi həmkarını geniş və dəbdəbəli bir proqramla qarşılayıb.

 

İnsan haqqları müdafiəçiləri isə Çinin insan haqlarına pis münasibətini əsas gətirərək bu razılaşmaların imzalanmasına etiraz edib. Bu cür rəsmi səfərlər üçün adətən birgə mətbuat konfransları nəzərdə tutulsa da, Hu Szintaoya ilə Nikola Sarkozi birgə mətbuat konfransı təşkil etməyəcək. Bununla da kütləvi informasiya vasitələrinin nümayəndələri Hu Szintaoya insan haqları mövzusunda sual verə bilməyəcək.

 

Razılaşmalara görə, Çin Fransaya ixracatı 5 il ərzində iki dəfə artıraraq 56 milyard avroya qaldıracaq. Fransanın nüvə enerji şirkəti "Areva" 2,5 milyard avroluq bir razılaşma çərçivəsində Çini uranla təmin edəcək. Bundan əlavə Fransanın neft nəhəngi "Total" Çinin neft-kimya sənayesinə 2 ilə 3 milyard avro investisiya qoyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə