ABŞ prezidenti Barak Obama Asiya boyu 10 günlük səfərə çıxıb

ABŞ prezidenti Barak Obama Asiya boyu 10 günlük səfərə çıxıb

ABŞ prezidenti Barak Obama Asiya ölkələrinə 10 günlük səfərə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistandan başlanacaq səfər İndoneziya, Cənubi Koreya və Yaponiyanı əhatə edəcək. B.Obama hər bir ölkə ilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əlaqərələrin dərinləşdirilməsinə çalışacaq.

 

Prezident Obama səfərinin ilk dayanacağı Hindistanın ticarət mərkəzi Mumbayda olacaq. Bu şəhərdə ABŞ dövlət başçısı Hindistan və Amerikanın biznes liderləri ilə görüşlər keçirəcək.

 

ABŞ dövlət başçısı Vaşinqtona noyabr ayının 14-ü dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə