Türkiyədə 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhd edənlərin məhkəməsi başa çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 28-ci Piyada Tuqay Komandanlığına bağlı tank batalyonunun şəxsi heyətinin məhkəməsi yekunlaşıb. Məhkəmənin qərarı ilə təqsirləndirilən 63 şəxsdən 38 nəfəri ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmənin qərarı ilə 11 nəfər bəraət alaraq azadlığa çıxıb. Digər müttəhimlər isə müxtəlif müddətlər olmaqla cəzalandırılıblar.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB