Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, Həyati B və xanımı Gözəl B fahişəlik və fahişəliyə cəlb etmə maddəsi ilə ittiham olunaraq, barələrində 4 ay həbs qərarı çıxarılıb. Ötən həftə cütlük həbsxanadan çıxıb.
Həbsxanadan çıxdıqdan sonra ər və arvad arasında mübahisə yaranıb. Nəticədə Həyati B xanımını boğaraq, öldürüb. Daha sonra 6 yaşlı oğlu Erdinçi və 8 yaşlı Ardanı yaralayıb. Bununla əsəbləri soyumayan ata hər iki oğlunu boğaraq öldürüb. Qatil ata bundan sonra 16 yaşlı ögey qızını qaçırıb.
Bu dəhşətli hadisə Təkirdağda, Mərmərə istiqamətində Yeniçiflik Məhəlləsində baş verib.
Dəhşətli hadisə qonşuların polisə xəbər verməsindən sonra ortaya çıxıb. Türkiyə polisi apardığı araşdırmadan sonra müəyyən edib ki, Həyat B arvadının digər evliliyindən olan 16 yaşlı qızını zorla İstanbula qaçırıb. Polis qatili İstanbulda yaxalamaq üçün əməliyyata başlayıb. Öldürülən Gözəl B-nin qohumları polisə bildirib ki, qatil ata xanımını dəfələrlə təhdid edib və onu övladlarını öldürməklə hədələyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB