Yaponiya, Çin və Cənubi Koreya arasında üçtərəfli sammitə hazırlıq işləri başa çatmaq üzrədir. Sammitin mayın 9-da keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, ilk belə görüş 2 il əvvəl Cənubi Koreyada keçirilib. Hazırda quruma sədrlik edən Yaponiya bu danışıqların bərpa olunmasına çalışır.
Çinin Baş naziri Li Keçyan sammitdə iştirak etmək üçün Yaponiyaya səfər edəcək. Bu, onun beş il əvvəl Çinin Dövlət Şurasının Baş naziri seçilməsindən sonra Yaponiyaya ilk səfəri olacaq. Li Keçyanın Baş nazir Şinzo Abe ilə danışıqlar aparacağı da gözlənilir. İki ölkə liderlərinin dənizdə və havada təsadüfi toqquşmaların qarşısını almaq üçün fövqəladə kommunikasiyaların əlaqələndirilməsi mexanizmləri barədə rəsmi razılaşma imzalayacağı nəzərdə tutulur. Bununla yanaşı, Li Keçyanın Yaponiya İmperatoru Akihito ilə görüşü də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB