Almaniyanın cənubunda yerləşən Münster şəhərində yük avtomobili ilə törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb. “Focus” nəşrinin yaydığı məlumata görə, sürücü yük avtomobilini küçədəki kafenin stolları arxasında əyləşən insanların üstünə sürüb. KİV-in verdiyi xəbərə görə, zərərçəkənlərin 6-sının vəziyyəti ağırdır.
Şəhər polisi sürücünün intihar etdiyini bildirib. Polis hadisəyə terror aktı kimi baxır. Hadisə yerində xüsusi əməliyyat keçirilir, şəhərin mərkəzində yollar bağlanıb, hüquq mühafizəçiləri partladıcı qurğu axtarırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB