Puçdemon Rusiyaya qaçmaq istəyib?

Puçdemon Rusiyaya qaçmaq istəyib?

Kataloniya hökumətinin keçmiş rəhbəri Karlos Puçdemon martın 25-də Almaniyada tutulmazdan öncə Rusiyaya qaçmaq imkanlarını nəzərdən keçirib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı İspaniyanın “El Mundo” qəzeti yayıb. “22 martda Puçdemonun təyyarəsi Finlandiyaya gəlib. O, Helsinkidə olan zaman İspaniya Ali Məhkəməsi onun həbsi ilə bağlı order verib. O zaman Puçdemonun iki variantı olub: ya Finlandiya ilə sərhəd olan Rusiyaya qaçmalı, ya da Stokholma getməli idi. Puçdemon ikinci variantı seçib”, – deyə qəzet bildirib.

“El Mundo” Kataloniyanın eks-liderinin 24 martda İsveç paytaxtında olduğunu bildirib. Belə ki, burada o, Danimarka və Almaniya vasitəsilə Belçikaya çatmağı planlaşdırıb. Almaniyadan keçən zaman həbs edilib.

Qeyd edək ki, İspaniya bundan öncə Puçdemonu üsyana təşviqdə və dövlət vəsaitinin istismarında ittiham edib. O, 25 martda Almaniyada həbs edilsə də, sonradan Almaniyanı tərk etməmək şərti ilə azadlığa buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə