Bu ölkədə zəlzələ səngimir

Papua-Yeni Qvineya sahillərində növbəti zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,2 bal gücündə olub.

Yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə olub.

Ölənlər və dağıntılarla bağl məlumat yoxdur. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Qeyd edək ki, ölkədə son bir neçə ayda 7.5, 7, 6.7, 6.4 bal gücündə zəlzələlər qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə