Qərbin “nüvə ittifaqı” zədələndimi?

Qərbin “nüvə ittifaqı” zədələndimi?

ABŞ nüvə məsələsi ilə bağlı İran üçün yeni bir təklif üzərində işləyir. SİA-nın məlumatına görə, Fransanın "Le Monde" qəzetinin bununla bağlı xəbərində qeyd olunub ki, Fransa və İngiltərənin qarşı çıxdığı təklifdə İranın Buşəhr nüvə stansiyanının ehtiyacını ödəmək üçün Rusiyaya 2 ton zənginləşdirilmiş İran uranının ixracı əksini tapıb.

 

ABŞ Xarici İşlər Nazirliyində nüvə silahların yayılmasının qarşısının alınması mövzusunda çalışan ekspert Robert Eynhorn tərəfindən gündəmə gətirilən bu yeni yanaşmanın İngiltərə və Fransaya xəbər verilməmişdən əvvəl ABŞ, Rusiya və Çinlə müzakirə edildiyi qeyd edilib. Xəbərdə bildirilib ki, təklifin qəbul ediləcəyi təqdirdə İran ilin əvvəlindən indiyə kimi yığdığı zənginləşdirilmiş uranın bir qisimindən imtina etməlidir.

 

London və Paris isə məsələ ilə bağlı Rusiya və Çindən sonra xəbərdar edilməsindən narahatdır Xəbərə görə, İngiltərə və Fransa təklifin "İran tərəfindən uranın zənginləşdirilməsinə bir növ şərait yaradacağını" düşünərək plana müsbət yanaşmır.

Bütün xəbərlər Facebook səhifəmizdə