Yunanıstanda bombalı paket həyacanı davam edir

Yunanıstanda bombalı paket həyacanı davam edir

Yunanıstanda Fransa dövlət başçısı Nikola Sarkozi və Almaniya Baş naziri Angela Merkelə bombalı paket göndərmə cəhdinin ardından bu dəfə də İtaliya Baş naziri Silvio Berluskoniyə içində bomba olan paket göndərilib. Belə ki, paytaxt Afinada axşam saatlarında Berluskoniyə göndərilən paketin olduğu təyyarədə həyacan yaşanıb. Afinadan gecə 11.00 də qalxıb, Liegeyə gedən təyyarənin içində şübhəli paket tapılınca, təyyarə təcili olaraq Bolognaya endirilib. Paket polisin araşdırmalar apardığı sırada yanmağa başlayıb. Araşdırmalar zamanı paketi göndərənin adı da müəyyən olunub. Bu Yeni Demokratiya partiyasının millət vəkili Andreas Likurentzosudur. Lakin polis tərəfindən dindirilən millət vəkili belə bir paketi göndərmədiyi bildirib.

 

Eyni zamanda baş verən hadisə ilə bağlı Yunanıstan höküməti qabaqlayıcı tədbir məqsədi ilə xaricə məktub və paket göndərilməsini 48 saat müddətə dayandırıb.

 

Yunanıstan polisi həmçinin Ermənistanın Afinadakı səfirliyində də yoxlama aparıb. Məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin mətbuat katibi Tiqran Balayan bildirib ki, yoxlamalar səfirliyə daxil olan şübhəli zərflərlə əlaqədardır: "Səfirliyə iki şübhəli zərf daxil olub və əndişə yaradıb. Lakin Yunanıstan polisi yoxlama apardı və aydınlaşdı ki, zərflər heç bir təhlükə kəsb etmir".

 

Qeyd edək ki, noyabrın 1-dən bu yana Afinadan kuryer poçtları vasitəsilə göndərilən 14 partlayıcı qurğu aşkar olunub və ya işə düşüb. Partlayıcılar Yunanıstan paytaxtğındakı səfirilklərə, eləcə də Avropa Birliyi ölkələrinin liderlərinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə