Tramp: Çinlə ticarət müharibəsini çoxdan uduzmuşuq

Tramp: Çinlə ticarət müharibəsini çoxdan uduzmuşuq

Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub. Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb. D.Tramp bildirib ki, indi ABŞ Çinlə ticarət müharibəsi vəziyyətində deyil:

“Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə