Əfqanıstanda mədrəsə bombalanıb, 60 nəfər ölüb

Əfqanıstanda mədrəsə bombalanıb, 60 nəfər ölüb

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Qunduz şəhərindəki mədrəsəyə endirdiyi aviazərbələr nəticəsində azı 60 dinc sakin ölüb, 50 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə “Pajhwok” agentliyi senator Abdullah Karlaka istinadən xəbər yayıb. O bildirib ki, ümumilikdə 85 nəfər ölüb. Ölənlərdən 60-ı dinc sakin, 25-i isə “Taliban”çılardır. Mədrəsənin “Taliban”ın nəzarəti altında olduğu deyilir. Hərbçilərin məlumatına görə, zərbə zamanı içəridə 200-ə yaxın şəxs olub. Onların arasında “Taliban”ın yüksək səviyyəli nümayəndələrinin olduğu da hesab edilir. BMT-nin Əfqanıstana dəstək üzrə missiyası dinc sakinlərin ölmə ehtimalının araşdırdığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə