ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini ikitərəfli görüşlər keçirmək üçün Vaşinqtona dəvət edib. Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar sammitin keçirilməsi ilə bağlı öz təkliflərindən imtina etməyəcəklər. Telefon danışığı zamanı Tramp Putinə ilk görüşün Vaşinqtonda keçirilməsini təklif edib”, - Uşakov bildirib. Qeyd edək ki, martın 20-də Donald Trampla Vladimir Putin arasında telefon danışığı baş tutmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB