Türkiyənin kəşfiyyat qurumları Sincar bölgəsinin mərkəzi və nəzarət məntəqələrində İraq ordusunun olmasına baxmayaraq PKK-nın “Şenqal (Sincar) Müdafiə Qüvvələri” (YBŞ) adı altında ərazidə varlığını davam etdirdiyini müəyyən edib. Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.
Məlumata görə, geyimlərini dəyişdirən terrorçular hələ də Sincarda xüsusi evlərdə yaşayırlar. Kəşfiyyat məlumatları PKK-nın ərazidə tez bir zamanda toplanma qabiliyyətinin olduğunu ortaya qoyub. Həmçinin terrorçuların Haşdi-Şabi qüvvələri ilə birlikdə çalışdığı müəyyən edilib. Haşdi-Şabi komandirlərinin terrorçulara təlim keçdikləri müşahidə edilib.
Ərazinin İraq ordusunun nəzarətinə keçməsindən sonra PKK simvolları və Abdullah Öcalanın şəkilləri yığışdırılsa da, bəzi yerlərdə hələ də PKK və İraq bayrağının yanaşı dalğalanması diqqət çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB