Türkiyə ərazisində martın 24-dən 30-nə qədər keçirilən əməliyyatlar nəticəsində 90 PKK terrorçusu məhv edilib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. PKK-ya qarşı əməliyyatlar Mardin, Bitlis və Bingöl ərazilərində baş tutub.
DİN əməliyyatların İraqın şimalında da davam etdiriləcəyini bildirib. Qeyd edək ki, son günlər PKK Türkiyə ərazisində fəaliyyətini aktivləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB