Səudiyyə şahzadəsi 320 milyondan niyə imtina etdi?

Səudiyyə şahzadəsi 320 milyondan niyə imtina etdi?

Səudiyyə Ərəbistanı şahzadəsi Valid bin Təlal “Kingdom Holding” şirkətinin sədri kimi ona təklif olunan illik gəlirdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə “MiddleeastEye” yazıb. Şirkətin bəyanatına görə, şahzadəyə təklif olunan gəlir 320 milyon dollara bərabərdir. Şahzadənin puldan niyə imtina etməsi və sözügedən vəsaitin hara xərclənəcəyi barədə informasiya verilməyib.

Qeyd edək ki, korrupsiya istintaqı çərçivəsində həbs edilən 11 şahzadədən biri olan Valid bin Təlal yanvarın 27-də azadlığa buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə