ABŞ: "Rusiyanın yeni diplomatları üçün qapılar açıqdır"

ABŞ: "Rusiyanın yeni diplomatları üçün qapılar açıqdır"

ABŞ hökuməti ölkədə Rusiyadan olan diplomatların sayını azaltmır və yeni diplomatlar üçün qapılar açıqdır.

TASS informasiya agentliyi xəbər verir ki, bu açıqlamanı ABŞ administrasiyasının nümayəndəsi martın 29-da xarici jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib.

Bununla yanaşı, Amerika hökumətinin nümayəndələri Vaşinqtonun “xarici kəşfiyyat əməkdaşları tərəfindən gözlənilən təhlükəni” ciddi qəbul etdiyini bildiriblər. “Bizim qapımız rusiyalı diplomatların üzünə açıqdır, lakin biz diplomat olmayan şəxslərlə bağlı ciddi narahatlıq keçiririk”, - deyə onlardan biri qeyd edib. Nümayəndə ölkədən çıxarılan Rusiya diplomatlarını casus adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə