Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

"ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq", - o deyib.

M.Zaxarovanın sözlərinə görə, S.Lavrovla T.Qreminqer Donbas, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə