Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb. RİA Novosti agentliyi xəbər verir ki, ölənlərdən 68-nin kişi, 10-nun qadın olduğu bildirilir.
Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB