Moskvada bank qarət edilib, 100 min dollar oğurlanıb

Moskvada bank qarət edilib, 100 min dollar oğurlanıb

"Binbank"ın Moskvanın Sokolniçeskaya meydanında yerləşən şöbəsi qarət edilib. Trend-in məlumatına görə, kamuflyaj formalı 5 nəfər silahla banka hücum ediblər. İlkin məlumata görə, onlar 100 min dollar oğurlayıblar.

Rusiya hüquq mühafizə orqanlarının məlumatına görə, hadisədə xəsarət alan olmayıb. Hazırda qarətçilər axtarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə