Bu gün ABŞ-da seçicilər Konqresin 435 üzvlü Nümayəndələr Palatasını, Senatın 37 üzvünü və 37 ştatın qubernatorları ilə məclis üzvlərini seçəcək. SİA-nın məlumatına görə, bugünkü seçkilərdə demokratlar və respublikaçılar arasında ciddi mübarizənin olacağı gözlənilir.
Rəy sorğularının nəticələri seçkilərdə də özünü göstərərsə, seçkilərdən sonra respublikaçılar Nümayəndələr Palatasında əksəriyyəti ələ keçirəcək. Demokratların sayı Nümayəndələr Palatasında azalsa da, onların Senatda çoxluğu davam etdirəcəyi deyilir. Respublikaçıların əksəriyyət qazanması üçün Nümayəndələr Palatasında 39, Senatda isə əlavə 10 yer qazanması lazımdır.
İqtisadiyyatdakı gerilik seçicilərə bu sahədə verilən vədlərin çoxalmasına gətirib çıxarıb. Respublikaçılar "aşağı vergi, daha az dövlət xərcləri və iqtisadiyyata daha az dövlət müdaxiləsi" vədi verdiyi halda, demokratların vədlərində kiçik sahibkarlıqda vergilərin sadələşdirilməsi və səhiyyə islahatları başlıca yer tutur. Seçkilər səhiyyə və maliyyə islahatlarını irəli sürən prezident Barak Obamanın atdığı addımlara əhalinin münasibətinin öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək. Seçkilərdən sonra rəy sorğularında göstərildiyi kimi B.Obamaya əhalinin inamının azalıb-azalmadığı, ya da nə qədər azaldığı müəyyən olunacaq. Çünki, prezidentdən gözlədiklərini ala bilməyən seçicilərin respublikaçı namizədlərə səs verəcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB