Müharibənin ən acı üzü: uşaq əsgərlər - FOTOSESSİYA

Müharibənin ən acı üzü: uşaq əsgərlər - FOTOSESSİYA

Dünyanın dörd bir tərəfindəki döyüş cəbhələrində əlinə silah alan və yaşı 18-dən aşağı olan 250 min uşaq var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əfv Təşkilatının açıqladığı hesabatda deyilir. Hesabata görə, uşaqların müharibəyə cəlb olunması qədim zamanlardan qalan və olduqca gizli həyata keçirilən iş olmasına baxmayaraq, son illərdə beynəlxalq cəmiyyət bu mövzuda xeyli maarifləndirilib.

 

Konqo Demokratik Respublikası və Liberiya hərbi əməliyyatlarda uşaq əsgərlərin ən çox iştirak edildiyi iki ölkədir. Konqo 1990-cı illərdəki müharibə zamanı böyük dağıntılar və insan itkisi ilə üz-üzə qaldı. Bütün hərbi əməliyyatlar ərzində tərəflər uşaq əsgərlərdən istifadə etdi. UNICEF bu gün Konqoda döyüşən 30 min uşağın olduğunu təxmin edir.

 

Bu il ABŞ-ın dəstəklədiyi Somali hökumətinin sepetarçılara qarşı uşaq əsgərlərindən istifadə etdiyi ilə bağlı xəbərlər yayıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə